\"Apple” 2025-ci ildən etibarən buraxılacaq bütün \"iPhone” modellərində təbii işıq yayan diod (Oled) displeylərdən istifadə edəcək.
AZXEBER.COM xarici mətbuata istinadən bildirir ki, şirkət ilk dəfə 2017-ci ildə X modelində Oled ekrandan istifadə etmişdi.
Televizor və smartfon istehsalçıları yüksək keyfiyyətli videolar üçün ideal olan daha canlı rənglər və daha kəskin kontrast təqdim etmək qabiliyyətinə görə Lcd-lər üzərində Oled displeylərdən faydalanırlar.
Şirkət həmçinin may ayında buraxılmış ən son nəsil iPad Pro modellərində də üstünlüyü Oled ekranlara verdiyini açıqlayıb.
Aysel