EN

Azərbaycan cüdoçusu Avropa çempionu oldu

Bakı. Trend:

Bu gün Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasındaAvropa çempionatı start götürüb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, ilk yarış günü 6 cüdoçumuz tatamiyəçıxıb.

Oğlanların yarışında 1, qızlarda isə 5 təmsilçimiz qalib adıuğrunda mübarizə aparır.

Avropa çempionatı
Oğlanların yarışı
60 kq

Nizami İmranov 1/8 final finalda mübarizəyə başlayıb. O FrançeskoSampinonu (İtaliya) məğlub edərək növbəti mərhələyə yüksəlib.Nizami 1/4 finalda serbiyalı Marko Yorgiçdən də üstün olub.Nizaminin yarımfinalda fransalı rəqibi Zahariye Dijola qalib gəlib.İmranov həlledici qarşılaşmada Nazar Viskova (Ukrayna) uduzaraqgümüş medalla kifayətlənib.

Qızların yarışı
48 kq

Könül Əliyeva 1/8 finaldan türkiyəli Bequmnaz Doğruyoldan üstünolub. 1/4 finalda rumıniyalı Laura Boqdanı da məğlub edən Könülyarımfinala yüksəlib. O, burda fransalı Morqan Annisdən də güclüolub. Əliyeva qızıl medal uğrunda görüşdə Zilan Ertemə (Türkiyə)qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Bu çəkidə Fəridə Mirzayeva ilk mərhələdə Vodianna Melaniiadan(Ukrayna) üstün olsa da 1/8 finalda Sammer Şovlaya (BöyükBritaniya) uduzub.

52 kq
İlk mərhələdən tatamiyə çıxan Xədicə Qədəşovanın fransalı AlissiPulanjini üstələyib. O, 1/8 finalda almaniyalı Lena Dyeriouya daqalib gəlib. Xədicənin 1/4 finalda Mikaela Skiakovelliyə (İtaliya)uduzub. Qədəşova bürünc medal uğrunda təsəlliverici görüşdə LukaMamirayaya (Macarıstan) uduzaraq yarışı medalsız başa vurub.

57 kq
Fidan Qasımova ilk mərhələdə Anne Şaşlaya (Macarıstan) uduzub.

Fidan Əlizadə ilk görüşdə lixteynşteynli Lei Vissadan üstün olub.O, 1/8 finalda sloveniyalı Yevgeniya Qaiçi də məğlub edib. Növbətimərhələdə britaniyalı Kloe Linkdən də güclü olan Fidan yarımfinalayüksəlib. Bu mərhələdə Əlizadənin Vanessa Toleaya (Rumıniya) heçbir şans verməyib. Cüdoçumuz gürcüstanlı Nino Loladzeni məğlubetsə, qızıl medal qazanacaq.

Məqalədə:
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
5
az.trend.az

10Sources