Pilotsuz uçuş aparatları (PUA) Belarusun hava dövlət sərhədlərini pozub.
Bu barədə ölkənin Müdafiə Nazirliyinin Teleqram kanalında məlumat verilib.
Gecə saatlarında Qomel sakinləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan və şəhərdən kənarda qəzaya uğrayan iki pilotsuz təyyarənin düşdüyünü bildiriblər.
Belarus Fövqəladə Hallar Nazirliyinin Telegram kanalı qeyd edir ki, bir pilotsuz təyyarənin düşməsi nəticəsində kərpic anbarı yanıb.