Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətini "Rubin"də (Rusiya) oynamış futbolçu ilə gücləndirib.
“Qırmızı-qaralar” Samir Həsənovun keçidini gerçəkləşdirib.
21 yaşlı müdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb. Samir Həsənov Rusiya klubundan başqa, “Neftçi”nin də formasını geyinib.