KXDR Cənubi Koreyaya yenidən zibil olan şarlar buraxıb, 420 obyekt respublika sərhədini keçib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Baş Qərargahın bəyanatına istinadən məlumat yayıb.
Qeyd olunur ki, şarlar sentyabrın 4-ü axşamdan sentyabrın 5-i səhərə kimi sərhədi keçib. Seula 20 şar düşüb.
Ekspertiza göstərib ki, şarların içərisində kağız tullantıları və plastik butulkalar olub. Heç bir təhlükəli maddə aşkar edilməyib.