Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 2 və3 otaqlı mənzillərin satın alınması ilə bağlı tenderə yekun vurub.
XALQ.AZ xəbər verir ki, tenderin qalibi sahibkar Ekaterina Mekhtieva qalib seçilib.
Tenderin şərtlərindən aydın olur ki, Ekaterina Mekhtievadan 9 ədəd 3, 6 ədəd isə 2 otaqlı mənzil alacaq.
Açıq mənbələrdə Ekaterina Mekhtieva haqqında heç bir məlumat yoxdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir.