EN

Sahil Babayevlə Ekaterina Mekhtiyevanın iş birliyi…..

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Qazax rayonunda 2 və3 otaqlı mənzillərin satın alınması ilə bağlı tenderə yekun vurub.
XALQ.AZ xəbər verir ki, tenderin qalibi  sahibkar Ekaterina Mekhtieva qalib seçilib.
Tenderin şərtlərindən aydın olur ki, Ekaterina Mekhtievadan 9 ədəd 3, 6 ədəd isə 2 otaqlı mənzil alacaq.
Bunun müqabilində sahibkara 876 003 manat ödəniləcək. Bir mənzilin qiyməti ortalama 58 400 manata düşür.
Açıq mənbələrdə Ekaterina Mekhtieva haqqında heç bir məlumat yoxdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdir. O, 2018-ci ildən bu vəzifədədir.
Chosen
101
7
xalq.az

8Sources