EN

BMT qlobal "qırmızı xəbərdarlıq" elan edib

Birləşmiş Millətlər Təşkilatının Hava və İqlim Agentliyinin rəhbəri qlobal istilik indekslərinin avqust ayında yenidən rekordları qırmasından sonra artan temperaturla əlaqədae qlobal "qırmızı siqnalı" işə salmalı olduğunu söyləyib.

“Agence France-Presse” (AFP) tərəfindən izlənilən Avropa İttifaqının (Aİ) iqlim monitorunun ilkin məlumatları göstərir ki, dünyada ikinci ildir ki, avqust ayında rekord orta temperatur qeydə alınıb.

Meteoroloji agentliklərin məlumatına görə, Avstraliya, Yaponiya, Çinin bir hissəsi və Norveç ən isti avqust ayını yaşayıb.

"Aydındır ki, temperatur bizim istədiyimizdən yuxarı qalxır və bunun səbəbi görülən işlərin kifayət etməməsidir", -deyə Ümumdünya Meteorologiya Təşkilatının (WMO) rəhbəri Seleste Saulo bildirib.

2024-cü ilin avqust ayı üçün orta qlobal temperatur hələ dəqiq məlum olmasa da, Aİ-nin Kopernik İqlim Dəyişikliyi Xidməti (C3S) onun keçən ilin avqustunda ölçülən rekord 16,82 Selsi dərəcəsindən (62,28 dərəcə Fahrenheit) yuxarı olacağını müəyyən edib.

Sinqapurda yerli meteoroloji xidmətlərin regional iqlim forumunda çıxış edən Saulo "Hər zaman eşiklər döyülür" deyib.

Saulo, həmçinin daha yaxşı monitorinq etməyə və meteoroloji agentlikləri dəstəkləməyə çağırıb. Əlavə edib ki, bu yöndə daha çox resurs lazımdır. O, Asiya və Sakit Okean bölgəsindəki iqlim dəyişikliyi ilə bağlı xəbərdarlıq edərək, dəniz səviyyəsinin bir çox bölgədə orta səviyyədən yuxarı qalxdığını bildirib.

İqlim forumu, həmçinin Sinqapurun bitki örtüyü yanğını və tüstünün yaratdığı çirklənmənin monitorinqi üçün regional mərkəz kimi təyin olunduğunu elan edib.

Rəsmilər bildiriblər ki, dünyada yalnız iki belə mərkəzdən biri olan obyekt yanğınlar və çirklənmə ilə bağlı proqnozlar haqqında daha keyfiyyətli məlumat təqdim edəcək və bununla da regional məlumatlardakı boşluğu aradan qaldıracaq.

Nubar Süleymanova, “İki sahil”

Chosen
141
ikisahil.az

1Sources