"Aİ Türkiyəyə işarə edir ki, Ankara blokun tamhüquqlu üzvü olmaq istəyirsə, Rusiyaya qarşı Avropa sanksiyalarını dəstəkləməlidir".
Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində bildirib .
Nazirin sözlərinə görə, Avropa İttifaqı Ankaranın BRİKS-ə müraciət etməsi xəbərindən sonra Türkiyəyə xatırladıb ki, Aİ üzvlüyünə namizədlər blokun ümumi xarici siyasətinə, eləcə də təhlükəsizlik sahəsində xəttə riayət etməlidirlər.
“Bu, Türkiyə Avropa Birliyinə üzv olmaq istəsə, anti-Rusiya sanksiyalarına qoşulmağın bariz göstəricisidir”, - Lavrov vurğulayıb.