AZ

Türkiyənin qarşısına ŞƏRT QOYULUB: "Ankara Aİ-yə üzvü olmaq istəyirsə..."

"Aİ Türkiyəyə işarə edir ki, Ankara blokun tamhüquqlu üzvü olmaq istəyirsə, Rusiyaya qarşı Avropa sanksiyalarını dəstəkləməlidir".

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBC-yə müsahibəsində bildirib .

Nazirin sözlərinə görə, Avropa İttifaqı Ankaranın BRİKS-ə müraciət etməsi xəbərindən sonra Türkiyəyə xatırladıb ki, Aİ üzvlüyünə namizədlər blokun ümumi xarici siyasətinə, eləcə də təhlükəsizlik sahəsində xəttə riayət etməlidirlər.

“Bu, Türkiyə Avropa Birliyinə üzv olmaq istəsə, anti-Rusiya sanksiyalarına qoşulmağın bariz göstəricisidir”, - Lavrov vurğulayıb.

Seçilən
91
6
publika.az

2Mənbələr