EN

Niderland müdafiə xərclərini 24 milyard avroya çatdıracaq

Müəllif: Ayşən İmanova, Banco.az

Niderland hakimiyyəti qarşıdakı illərdə illik müdafiə xərclərini 10%-dən çox artırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, illik müdafiə büdcəsinin 2,4 milyard avro artırılaraq 24 milyard avroya çatdırılması planlaşdırılır.

Beləliklə, Niderland NATO-nun ÜDM-in ən azı 2%-ni müdafiəyə xərcləmək tələbini yerinə yetirmək üçün bir addım atacaq. Əlavə vəsait yeni tanklar, qırıcılar, freqatlar və hava hücumundan müdafiə sistemlərinin alınmasına yönəldiləcək.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
124
banco.az

1Sources