EN

Qonşu ölkə yenidən COVID19 virusu ilə mübarizəyə hazırlaşır

Rusiya yenidən koronavirus pandemiyasının müalicəsi üçün ehtiyat çarpayıları yaradıb. Bu barədə ölkənin səhiyyə nazirinin birinci müavini Viktor Fisenko bildirib.

Nazirlik rəsmisi bildirib ki,  ölkədə 26 avqust - 1 sentyabr tarixləri arasında Covid-ə yoluxma hallarının 20% artıb. Hazırda Rusiyada hər 100 min nəfərə 14,73 nəfər COVID-19-a yoluxub.


Bir müddət əvvəl Gürcüstanda və Ermənistanda, eləcə də Avropanın bəzi ölkələrində koronavirusa yoluxma hallarının artması ilə bağlı məlumatlar paylaşılıb. 

 

Hazırda Azərbaycanda COVID19-la bağlı xüsusi karantin rejimi oktyabrın 1-dək uzadılıb. 
 
Ümumdünya Səhiyyə Təşkilatı mayın 5-də COVİD-19 pandemiyasının bitdiyini elan edib.

COVID-19 pandemiyası ilə əlaqədar Azərbaycanda xüsusi karantin rejimi 2020-ci ilin martından etibarən tətbiq edilir.

Həmin ilin aprelindən isə ölkədə bir sıra qapanmalarla yanaşı, Azərbaycanın quru sərhədləri də bağlanıb. Hazırda pandemiya ilə bağlı məhdudiyyətlər aradan qaldırılsa da, sərhədlər 3 ildir ki, bağlıdır.
 
27 fevral 2020-ci il tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradılıb.
 
Gülnar Nazimqızı
www.anews.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
anews.az

1Sources