“Marsel”in yarımmüdafiəçisi Jordan Veretu"Lion"la anlaşıb.
Sportinfo.az xəbər verir ki, fransalının keçidina görə “Lion” 4 milyon avro ödəyib.
Yarımüdafiəçi 2026-cı il iyunun 30-na qədər “Lion”a məxsus olacaq. 31 yaşlı fransız "Nant"ın yetirməsidir.
O, həmçinin “Aston Villa”, “Sent-Etyen”, “Fiorentina” və “Roma”da da çıxış edib. 2022-ci ilin yayında 12,45 milyon avroya “Marsel”ə keçib.
Bu klubun heyətində 94 görüşdə 10 qol vurub və 10 məhsuldar ötürmə edib. Veretu Fransa millisində 5 oyun keçirib.
“Lion” Avropa Liqasında “Qarabağ”ın rəqiblərindən biridir. “Qarabağ” – “Lion” görüşü noyabrın 28-də Bakıda keçiriləcək. Oyuna 21:45-də start veriləcək.