EN

"Səssiz Dünyaya Körpü" layihəsi cəmiyyətin dəstəyini qazanır - VİDEO

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin sədri Cəmilə Çingizqızı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Səssiz Dünyaya Körpü” adlı layihənin valideynlər tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Layihə çərçivəsində təşkil olunan təlimlərdə iştirak edən valideynlər öz fikirlərini xüsusi bir video süjet vasitəsilə bölüşüblər.

QHT.az xəbər verir ki, layihənin məqsədi, eşitmə və nitq məhdudiyyətli şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək vermək və onların sosial rifahını yaxşılaşdırmaqdır. İki valideyn layihə çərçivəsində keçdikləri təlimlərdən məmnunluqlarını ifadə edərək, uşaqlarının inkişafında əldə etdikləri irəliləyişləri vurğulayıblar.

Cəmilə Çingizqızı qeyd edib ki, valideynlərin təşəbbüsü ilə hazırlanan bu video xüsusi maraqla qarşılanıb və layihənin əhəmiyyətini daha da önə çıxarıb. O, layihənin işıqlandırılmasında əməyi keçən video operator Murad Abasova da təşəkkürünü bildirib.

“Səssiz Dünyaya Körpü” layihəsi, nitq və eşitmə problemləri olan uşaqların cəmiyyətə daha yaxşı inteqrasiya olmasına imkan yaradan mühüm təşəbbüslərdən biri olaraq davam edir.

Chosen
37
qht.az

1Sources