EN

Bakı-Ağstafa-Bakı marşrutu ilə sərnişindaşıma 41 faiz artıb

Bu ilin avqust ayında “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) rayonlararası (şəhərlərarası) və şəhərətrafı qatarları ilə 651 min nəfərə yaxın sərnişin daşınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24 faiz çoxdur.

ADY-dən bildirilib ki, marşrutlar üzrə ən böyük artım 41 faiz Bakı-Ağstafa-Bakı marşrutunda qeydə alınıb.

Həmçinin ADY-nin sərnişindaşıma xidmətlərindən istifadə edən xarici turistlərin sayı bu il ötən illə müqayisədə 38 faiz çox olub.

 

Chosen
166
18
azpost.info

10Sources