EN

Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar

Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar. SİA Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) buna Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla nail olublar.

Qızlardan ibarət yığma bunadək ilk və son dəfə məhz 1999-cu ildə iki qızıl mükafata sahib çıxıb.

Qeyd edək ki, ötən gün oğlanlardan Nizami İmranov (60 kq) gümüş medal əldə edib. İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci pillədə qərarlaşıb.

Chosen
123
18
sia.az

10Sources