Azərbaycanın gənc qız cüdoçuları 25 ildən sonra rekordu təkrarlayıblar.
Apasport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) buna Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanmaqla nail olublar.
Qızlardan ibarət yığma daha öncə 1999-cu ildə iki qızıl mükafata sahib çıxıb.
Qeyd edək ki, ötən gün oğlanlardan Nizami İmranov (60 kq) gümüş medal əldə edib. İlk yarış günündən sonra Azərbaycan həm qızların sıralamasında, həm də ümumi komanda hesabında 39 ölkə arasında birinci pillədə qərarlaşıb.
İsveç millisinin baş məşqçisi: “Belə oyun təklif edirsənsə, rəqibə fürsətlər də vermiş olursan“
Yığmamız Millətlər Liqasına məğlubiyyətlə başladı - YENİLƏNİB
Emin Mahmudov “100”ü yarıladı
“Qəbələ”dən inamlı qələbə
Zamiq Əliyev: "Az da olsa, ümidim var idi ki, bəlkə millidən dəvət gələr" - Müsahibə