EN

Deputat seçilə bilməyən məşhur Azərbaycanı tərk edir?

17 Saylı Yasamal 3-cü seçki Dairəsindən deputatlığa namizəd, tanınmış ictimai xadim Aydın (Xan) Əbilov müzakirələrə səbəb oldu.

Seçkidə məğlub olduqdan sonra ölkədən gedəcəyi ilə bağlı iddialar səsləndirilən kulturoloq məsələyə aydınlıq gətirib.

Publika.az xəbər verir ki, Yenisabah.az-a danışan Aydın Xan Əbilov bu dəfəki parlament seçkilərinin tarixi hadisə olduğunu bildirib:

“Hər hansı bir ölkədə, o cümlədən də Azərbaycanda keçirilən seçkilər ölkənin çağdaş tarixində önəmli ictimai, siyasi və tarixi hadisədir. Burada həm cəmiyyətdə tanınmış şəxslər, həm siyasətçilər, ictimai xadimlər, mədəniyyət adamları, gənclər iştirak etməlidir, həm də toplumun ictimai, siyasi, sosial təsisatlarının nümayəndələri bu prosesə qatılmalıdır. Azərbaycanda keçirilən 1 sentyabr parlament seçkisi bu baxımdan çox maraqlı tarixi hadisə idi.

Bu, 20 faiz torpaqları geri qaytarılmış, bütöv Azərbaycanda keçirilən ilk parlament seçkisi idi.

Bununla belə, mənim namizəd olduğum 17 saylı Yasamal 3-cü seçki dairəsində çoxsaylı qanun pozuntuları, insanlara təzyiqlər, seçkilərin saxtalaşdırılması faktları var idi. Bununla bağlı sosial mediada, internet televiziyalarında görüntülər də paylaşılıb. Bütün bunlara rəğmən, prosesdə iştirak edib 3-cü sırada yer alan namizəd olaraq bildirmək istəyirəm ki, bütövlükdə bu seçkilərin keçirilməsi, səslərin hesablanmasına qədər normal idi. Bizə heç bir təzyiq olmayıb, istənilən görüşlərimizi keçirmişik, təbliğat işlərimizi aparmışıq. Sakinlər məhz bizim görüşlərdən sonra seçkilərdə gəlib səs veriblər. Nəticəsindən asılı olmayaraq, vətəndaşların aktivliyini yüksək dəyərləndirir, onların hər birinə təşəkkürümüzü bildiririk”.

Chosen
67
8
publika.az

9Sources