EN

Motosikletçini vurub öldürən xanım sürücüyə bu cəza verildi

Şabran rayonunda motosikletçini vurub öldürən qadın sürücüyə hökm oxunub.

Bakıvaxtı.az xəbər verir ki, rayon sakini, 1967-ci il təvəllüdlü Bəyim S. Cinayət Məcəlləsinin 263.2-ci, yəni yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ölümlə nəticələndikdə maddəsi üzrə təqsirli bilinib.

Qeyd edilib ki, xanım sürücü “Nissan Micra” markalı avtomobillə hərəkətdə olarkən motosikletçi Həbibulla adlı həmyerlisini vurub. Ağır xəsarət alan Həbibulla xəstəxanada müalicə aldıqdan sonra evə buraxılıb. Lakin evdə onun ifrazatından qan gəlməyə başlayıb və az sonra ölüb.

Şabran rayon Məhkəməsinin 28 avqust 2024-cü il tarixli hökmü ilə xanım sürücü 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Lakin ona təyin edilmiş əsas cəza olan 3 il müddətə azadlıqdan məhrum etmə cəzası 2 il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilib. 2 illik sürücülük hüququnun məhdudlaşdırılması cəzası isə qüvvədə saxlanılıb.

Kərim Abbaszadə

Chosen
100
50
bakivaxti.az

10Sources