EN

AXP başqa partiya ilə birləşəcək? - Pənah Hüseyn açıqladı

“Azərbaycan Xalq Partiyasının (AXP) buraxılması və ya hansısa başqa partiyaya birləşdirilməsi gündəmdə deyil”.

Bu sözləri Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, belə bir məsələ gündəmdə yoxdur:

“Partiyanın buraxılması partiyanın qurultayının səlahiyyətində olan məsələdir. Onun üçün əvvəlcə qurultay çağrılmalıdır. Lakin hazırda bu məsələ gündəmdə deyil”.

Pənah Hüseyn qeyd edib ki, yeni siyasi hərəkat yarana bilər:

“Hesab edirəm ki, hazırda yaranmış şəraitdə ideoloji platforması yaxın olan partiyaların təmərküzləşməsini və çoxpartiyalı assosativ birliklər şəklində fəalliyəti faydalı ola bilər.

Amma bu, mənim sədri olduğum partiyanın hansısa partiyaya birləşməsinin gündəmdə olması demək deyil. İndiki iqtidarın siyasətinə özünün alternativi olaraq görən qüvvələrin total birləşməsi lazımdır.

Şübhəsiz ki, müəyyən prinsiplər də üst-üstdə düşməlidir. Hazırda müəyyən partiyaları, hətta partiyalı olmayan şəxsləri də birləşdirə biləcək bir siyasi hərəkat forması məqbul variantdır”.

Partiya sədri tezliklə bir sıra məsələlərin müzakirə olunacağını söyləyib: 

“Yəqin ki, parlament seçkilərinin nəticələri təsdiqlənəndən sonra bir sıra məsələləri seçkilərin ortaya qoyduğu yeni situasiyaya uyğun olaraq müzakirə edəcəyik. Bununla bağlı partiyanın mərkəzi idarəetmə orqanı da müvafiq qərar qəbul edəcək.

Hələlik bunların hamısı ideyalardır və müzakirə oluna bilər. Lakin gerçəkləşməsi elə də asan görünmür. Hazırda milli demokratik cameə adlandıra biləcəyimiz düşərgədə də xeyli pərakəndəlik hökm sürür.

Bir sıra məsələlər barədə dəyərləndirilmə aparılmalıdır. Bu, təkcə 1-2 nəfər və ya hansısa partiyanın istəyindən asılı olan məsələ deyil”.

Chosen
147
46
cebheinfo.az

10Sources