EN

Keniyada məktəb yataqxanasında yanğın - Ölən və yaralananlar var

Keniyanın Nyeri bölgəsində məktəbində dəhşətli yanğın baş verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, baş verən yanğının səbəbi hələlik məlum deyil. Polis rəsmiləri ölənlərin sayının artacağını gözlədiklərini bildiriblər.
 
Prezident Uilyam Ruto ölən uşaqların ailələrinin yanında olduğunu bildirib və istintaqa başlanılmasını əmr edib.
 
Qeyd edək ki, Keniyada internat məktəblərində yanğınlar tez-tez baş verir. Bəzi yanğınlar yataqxanada qalanlar tərəfindən iş yükünə və ya yaşayış şəraitinə etiraz olaraq başlanır.
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
48
9
azxeber.com

10Sources