EN

Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb

Stoltenberq

NATO-nun Baş katibi Yens Stoltenberq Çini Rusiyanın Ukraynadakı müharibəsinə dəstəyi dayandırmağa çağırıb və Pekinin yardımının müharibənin davam etməsində mühüm amil olduğun bildirib.

APA xəbər verir ki, bu barədə Stoltenberq Osloda jurnalistlərə açıqlamasında deyib.

"Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinin həlledici tərəfinə çevrilib. O, Rusiyanın istifadə etdiyi bir çox silahların istehsalına imkan verən ölkədir”, - Baş katib əlavə edib.

Stoltenberq xəbərdarlıq edib ki, Pekinin Ukraynada müharibəni davamlı şəkildə alovlandırması onun maraqlarına və etibarına mənfi təsir göstərə bilər.

Chosen
46
7
xalqcebhesi.az

8Sources