EN

Çin brokerləri 230 mlrd. dollarlıq aktivləri olan şirkət yaradırlar

Çinin iki böyük dövlət brokeri – “Haitong Securities” və “Guotai Junan Securities” –  1.68 trilyon yuan (230 milyard dollardan çox) aktivləri olan şirkət yaradırlar. Birləşmə şirkətlərin səhmlərinin mübadiləsi yolu ilə baş tutacaq. Müqavilə hələ tənzimləyicilər tərəfindən təsdiqlənməlidir, Banker.az bu barədə Kommersant.ru-ya istinadən xəbər verir..

Birləşmə Çin iqtisadiyyatının yavaşlaması və zəif birja performansı fonunda baş verir. Ötən il Çinin ən böyük ictimai şirkətlərinin daxil olduğu “CSI 300” indeksi 14% azalıb. Eyni zamanda, Çin hakimiyyəti son illərdə yerli maliyyə sektoruna təzyiqləri artırıb, o cümlədən maliyyə institutları və onların top-menecerləri ilə bağlı araşdırmalara başlayıb. Bu yaxınlarda “Haitong Securities”in top-menecerlərindən biri Jiang Chengjun həbs edilib. Çin sədri Xi Jinping dəfələrlə bəyan edib ki, ölkəni güclü maliyyə gücünə çevirmək üçün sənayedə struktur islahatlarına ehtiyac var.

“Morgan Stanley” analitiklərinin fikrincə, birləşmə bazara müsbət siqnal verə bilər və bu, kapital bazarının çətin dövrləri və artan tənzimləmənin 2023-cü ildə və 2024-cü ilin birinci yarısında bəzi broker gəlirlərinin kəskin azalmasına səbəb olduğunu nəzərə alsaq, vacibdir.

Chosen
159
50
banker.az

10Sources