EN

Azərbaycanlı tələbələr BƏƏ-nin Kosmik Mərkəzində təcrübə keçəcəklər (FOTO)

Bakı. Trend:

Azərbaycanlı tələbələr Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)yerləşən Məhəmməd Bin Rəşid Kosmik Mərkəzində (MBRSC) təcrübəproqramında iştirak edəcəklər.

Trend xəbər verir ki, təcrübə proqramı Azərkosmosun nəzdindəfəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı, İnnovasiyavə Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə həyata keçirilir.

Təcrübə proqramında Elm və Ali Təhsil üzrə Dövlət AgentliyininSABAH qrupları layihəsinin və Milli Aviasiya Akademiyasınınbakalavr səviyyəsində kosmik, aerokosmik mühəndislik, süniintellekt, STEM sahəsi üzrə biliyə sahib, həmçinin digər texnikiixtisaslar üzrə təhsil alan tələbələri, həmçinin “Technest” təqaüdproqramının məzunları iştirak edirlər.

Təcrübə proqramına başlamazdan əvvəl tələbələrlə Azərkosmosdakeçirilən görüşdə proqramın əhəmiyyəti haqqında məlumat verilib.Qeyd edilib ki, bu proqramda tələbələrin kosmik tədqiqatlar,aerokosmik mühəndislik və qabaqcıl texnologiya sahələrini dərindənöyrənmək fürsəti olacaq. Proqramı uğurla başa vuran tələbələrəkosmos və texniki elmlər sahəsində təqaüd əldə etmək imkanı, eləcədə Kosmik Mərkəzin elmi komandası ilə işləməyə davam etmək şansıveriləcək.

Kosmos, aerokosmik innovasiyalar və texniki fənlər üzrə təcrübəmübadiləsi proqramını özündə birləşdirən bu “REU Boot Camp”ındatələbələr 7 gün ərzində proqram çərçivəsində təlimlərdə və təcrübəsessiyalarında iştirak edəcəklər. Proqram daha sonra müəyyənolunmuş xüsusi tədqiqat mövzusuna əsasən mentor tərəfindən veriləntapşırıqların həll edilməsi ilə tamamlanacaq. Tələbələr kosmik,aerokosmik, eləcə də innovasiya və texniki istiqamətlər üzrə analoqsistemləri, informasiya təhlükəsizliyi, kompüter və elektronikmühəndislik, pilotların və astronavtların hazırlığı, BƏƏ AyProqramı, BƏƏ Mars Missiyası, məsafədən idarəetmə sistemləri,peyklərin məsafədən müşahidəsi prosesində “Python” proqramsistemlərinin tətbiqi, süni intellekt və məsafədən müşahidətətbiqləri, eləcə də ərəb dünyasının ilk qadın astronavtı olan NoraAlmatrouşi ilə master-klass fəaliyyətlərinə qatılacaqlar.

Təcrübə keçmiş tələbələr xüsusi sertifikatlarla təltif edilərəkməzun statusu alacaqlar.

Qeyd edək ki, 2006-cı ildə yaradılan Məhəmməd Bin Rəşid KosmikMərkəzi BƏƏ-nin “Milli Kosmik Proqramı”nın inkubatorudur. Mərkəzbir sıra müşahidə peyklərinin yaradılması, inkişafı və istismarı,təsvir xidmətlərinin göstərilməsi, onların təhlili və tədqiqi,eləcə də dünya üzrə elmi icmalar və tədqiqat mərkəzləri üçünmüvafiq məlumatların hazırlanması vəzifələrini icra edir. Mərkəzinqlobal məhsulları arasında hazırlanmış “DubaiSat-1” və “DubaiSat-2”peykləri yer alır. Mərkəzin təşəbbüsləri arasında 2021-ci ildə Marsorbitinə çatan ilk ərəb missiyası – “Emirates Mars” da var.Missiyanın məqsədi Mars atmosferi haqqında mühüm elmi məlumatlarıtoplamaqdan ibarətdir.

Kosmik sahədə insan kapitalına yatırım məqsədilə Mərkəz 2017-ciildə “Birləşmiş Ərəb Əmirliklərinin Astronavt Proqramı”na startverib. 2019-cu ildə Beynəlxalq Kosmik Stansiyaya (ISS) elmi missiyaməqsədilə ilk Əmirlik astronavtı Hazzaa Al-Mansoori uçuşreallaşdırıb. Xatırladaq ki, ötən il astronavt Hazzaa Al-MansooriBakıda keçirilmiş Beynəlxalq Astronavtika Konqresinin “AstronavtlarProqramı”nın aktiv iştirakçısı olub.

Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Azərbaycanlı
Chosen
103
42
az.trend.az

10Sources