EN

DİN-dən dəyərindən ucuz satılan mallarla bağlı XƏBƏRDARLIQ

Daxili İşlər Nazirliyi son zamanlarda yayılan dəyərindən ucuz satılan malların elanı ilə bağlı xəbərdarlıq edib. 

Bizim.Media xəbər verir ki, bu barədə nazirliyin sosial şəbəkə hesabında məlumat yayılıb. 

Məlumatda qeyd edilib: 
 

“Sosial şəbəkələrdə, həmçinin alqı-satqı saytlarında hər hansı bir mənzilin, avtomobilin (telefon, geyim əşyaları, mebel və s.) dəyərindən çox aşağı qiymətə satıldığı elanlara qarşı diqqətli olun. Belə elanları paylaşan şəxslərə, alacağınız məhsula baxış keçirmədən beh verməyin”. 


Xatırladaq ki, keçdiyimiz günlərdə “Azərpoçt MMC” və “ Heydər Əliyev Beynəlxalq Aeroportu” adına saxta saytlar açılaraq sahibsiz malların dəyərindən çox ucuza satıldığı ilə bağlı paylaşım edilmişdi. 

Bizim.Media

Chosen
77
2
bizim.media

3Sources