EN

İctimai fəal Nicat İbrahimi ölkədən buraxmayıblar

İctimai fəal Nicat İbrahim sentyabrın 6-da Azərbaycandan çıxa bilməyib.
 
Bakı beynəlxalq aeroportunun sərhəd məntəqəsində onu Kişinyov reysinə buraxmayıblar.

"Biz ailəliklə Kişinyova gedirdik, ancaq məni sərhəd məntəqəsində buraxmadılar və bildirdilər ki, Daxili İşlər Nazirliyi ölkədən çıxışıma "stop" qoyub", - o, "Turan"a bildirib.

Eyni zamanda İbrahimin xanımı və iki azyaşlı qızını buraxıblar. 

"Ailə üzvləri geri qayıtmaq istədilər, ancaq onlara dedilər ki, təyyarədən yalnız polisin nəzarəti altında buraxılacaqlar. Nəticədə onlar getdilər, mən qaldım", - İbrahim deyib

"Mənə qarşı cinayət işi yoxdur. 2021-ci ildə məni koronavirusun yayılması ittihamı ilə bir il 3 ay mühakimə etdilər. Əslində Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirmək niyyətimə görə həbs olundum. Mən bu cəzamı tam çəkmişəm", - İbrahim deyib.

Fəalın sözlərinə görə, 2022-ci ildə onu bir dəfə ölkədən buraxmayıblar. Bu ilin mayında məhkəmə qanunsuz hesab etdikdən sonra da qadağa götürülməyib.

"Məhkəmə qərarından sonra düşünürdüm ki, problem yoxdur, amma belə deyilmiş", - İbrahim deyib.

"Bu qadağa mənim ictimai fəaliyyətimlə bağlıdır. Mən qanunsuzluğun əleyhinəyəm və sosial şəbəkələrdə bunu tənqid edirəm", - Nicat İbrahim əlavə edib.
Chosen
79
1
arqument.az

2Sources