EN

Leysan yağışları 300-ə yaxın insanın həyatına son qoydu

Afrika ölkəsi Nigerdə ​​leysan yağışların səbəb olduğu daşqınlarda 273 nəfər həyatını itirib. 

"Unikal" xəbər verir ki,  bu barədə Niger Mülki Müdafiə Baş İdarəsinin yayımladığı açıqlamada ölkədəki əlverişsiz hava şəraitinə diqqət çəkilib. 

Açıqlamada 273 nəfərin öldüyü, təxminən 95 min ailənin daşqınlar səbəbindən evlərini tərk etmək məcburiyyətində qaldığı bildirilib. 

Məlumata görə, təbii fəlakət təsərrüfat heyvanlarının tələf olmasına, məktəblərə, səhiyyə ocaqlarına və mağazalara isə ciddi ziyana səbəb olub. 

Qeyd edək ki, ölkənin cənub-qərbindəki Tahoua və Maradi bölgələri daşqınlardan ən çox zərər çəkmiş ərazilərdir. 

Chosen
59
11
unikal.az

10Sources