"Benfika"nın yeni baş məşqçisinin adı açıqlanıb. Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Portuqaliya klubu yerli mütəxəssis Bruno Lajeyə tapşırılıb. Onunla 2026-cı ilin yayınadək nəzərdə tutulmuş müqavilə imzalanıb. Laje bu postda sentyabrın 1-də "Moreyrense" ilə 1:1 hesablı heç-heçədən sonra postunu tərk edən Rocer Şmidti əvəzləyib. Laje “Benfika” üçün yad sima deyil. O, 2019-cu ilin yanvarından 2020-ci ilin iyun ayınadək də "Benfika"nin baş məşqisi olub.