Diaqnoz Tibb Mərkəzinin rəhbərliyinin verdiyi düzgün qərar və peşəkar həkim komandasının, tibb heyətinin səyi nəticəsində ölüm ayağında olan xəstə yenidən həyata qaytarılıb.
"Unikal" xəbər verir ki, pasiyent Ə. Vəliyev mədə xorasının deşilməsindən (perforasiya) 3 gün sonra septiki şok diaqnozu ilə çox ağır vəziyyətdə Diaqnoz Tibb Mərkəzinə çatdırılıb. 3 gün öncə müxtəlif xəstəxanalarda olub. Diaqnoz Tibb Mərkəzinin Cərrahları Ramil Quliyev və Tərxan Yusifov tərəfindən bazar günü olmasına baxmayaraq təcili əməliyyata alındı. Əməliyyat uğurla icra olunub. 5 gün Reanimasiya şöbəsində koma vəziyyətində olan Ə. Vəliyev süni tənəffüs aparatına qoşulub. Peşəkar reanimatoloqlarımız Umud İbrahimov, Vidadi Həsənov və Xalid Hüseynovun səyləri nəticəsində aparılan intensiv terapiya və müalicədən sonra xəstə yenidən həyata qaytarılıb.
Cərrahiyyə şöbəsində müalicələri davam etdikdən sonra bütün riskləri geridə qoyaraq sağlam evinə buraxılıb. Pasiyent Ə. Vəliyev bu barədə deyib: "İlk olaraq sağlamlığıma qovuşduğum üçün çox sevincliyəm. Diaqnoz Tibb Mərkəzinin ən böyük dəyəri burada çalışan, öz sahələrinin yüksək səviyyəli peşəkarları olan tanınmış mütəxəssislərdir. Mənim ölümdən dönməyimdə əməyi keçən - baş həkim Ələddin Cabbarovun rəhbərliyi və nəzarəti altında çalışan həkimlərə və tibbi personalın hər bir üzvünə öz adımdan, ailəm adından dərin minnətdarlığımı bildirir, onlara çox məsul və ağır işlərində uğur arzulayıram".