EN

Su polosu üzrə millimizdə yeni baş məşqçi

Su polosu üzrə Azərbaycan millisinin yeni baş məşqçisi təyin olunub. Azərbaycan Üzgüçülük Federasiyasından verilən məlumata görə bu vəzifəyə yunanıstanlı mütəxəssis Panayotis Xronopulos gətirilib.

O, bu postda Azər Babayevi əvəzləyib.

Yunan çalışdırıcı daha əvvəl ölkəsinin aşağı yaş qruplarında, bir sıra yerli klublarda, eləcə də Sinqapurda çalışıb.

Mütəxəssis sentyabrın 7-də ictimaiyyətə təqdim olunacaq. Tədbir saat 12:00-da Bakı Su İdman Sarayında olacaq. Yunan mütəxəssis və federasiyanın vitse prezidenti Tamerlan Abdullazadə gələcək planlar barədə məlumat verəcək, qarşıdakı yeni layihələrdən danışacaqlar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
26
4
news365.az

5Sources