İstirahət günlərində, sentyabrın 7-8-də milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, Göygöl milli parkında əsasən yağmursuz hava şəraiti gözləyir. Lakin 7-də gecə və səhər arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 23-26° olacaq. Şahdağ milli parkında sabit, əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16 isti, gündüz 23-26 isti olacaq. Altıağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gündüz arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər saatlarında zəif duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 14-16°, gündüz 22-25° olacaq. Samur-Yalama milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Lakin 7-də gecə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-20°, gündüz 27-29° olacaq. Şirvan milli parkında sabit, yağmursuz hava şəraiti gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21°, gündüz 27-29° olacaq. Ağgöl milli parkında havanın sabit, yağmursuz keçəcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 29-31° isti olacaq. Qızılağac milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-20°, gündüz 28-30° olacaq. Hirkan milli parkında əsasən yağmursuz hava şəraiti gözlənilir. Gecə və səhər saatlarında zəif duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-21°, gündüz 28-30° olacaq.