“Uşaqlıqda itlərlə futbol oynayırdım” - Lamin Yamal
“Barselona”nın gənc hücumçusu Lamin Yamal uşaqlıq illəri ilə bağlı maraqlı açıqlama verib.“Qafqazinfo” xəbər verir ki, 17 yaşlı hücumçu atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini deyib.“Atam itlərin dişləmədiklərini deyərək məni itlərlə qaçmağa məcbur edirdi. Ona görə də onlarla tez-tez futbol oynayırdım. İtlə futbol oynamaq ən çətin işdir”.Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Lamin Yamal ötən il İspaniya millisində debüt edib. Yamal bu il yığma ilə Avropa çempionu olub.
Xəbərin oxunma sayı :
109