...Avqustun 28-də Omsk Neft Emalı Zavodunda podratçı tərəfindən təmir işləri zamanı qaz-hava qarışığının partlaması yanğına səbəb olub, nəticədə 6 nəfər xəsarət alıb, 1 nəfər ölüb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rostexnadzorun Sibir departamentinin saytında bildirilib.
“2024-cü il avqustun 26-da təhlükəli iş görülərkən (podratçı “Nefteximremont” MMC “Kompleks ELOU-AVT” qurğusunda təmir işləri aparıb - bağlayıcı sökülərək istilik dəyişdiricisinin sökülməsi) qaz-hava qarışığının partlaması baş verib. C-304 mövqeyində yanğın baş verib, yanğın 1000 m2 təşkil edib.
İdarədən qeyd edilib ki, qəzanın baş vermə şəraiti və səbəblərini araşdıran komissiya hələ də işini yekunlaşdırmayıb.
Əli Babayev