Jurnalist Azər Rəşidoğlu aqressiv fibromatoz diaqnozu ilə dünən xəstəxanaya yerləşdirilib, bu gün günorta saatlarında əməliyyat olunub.
Busaat.az xəbər verir ki, bu barədə jurnalist Rəsul Mirhəşimli bildirib:
“Həkimlər cərrahiyyə əməliyyatının çox uğurlu keçdiyini bildirib. Azər Rəşidoğlu artıq bu dəqiqələrdə palataya köçürülüb, özünü yaxşı hiss edir. Həkimlər onun vəziyyətinin yaxşı olduğunu nəzərə alıb, reanimasiyada saxlamağı məsləhət bilməyiblər”.