EN

Paşinyanın partiyası sabah Göyçə gölünün sahilində TOPLAŞACAQ

Paşinyanın partiyası sabah Sevan (Göyçə – red.) gölünün sahilində toplaşacaq.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Paşinyanın partiyası sabah Göyçə gölünün sahilində ziyafət təşkil edəcək.

Media mənbələrinə istinadən yazır ki, ziyafətdə iştirak etmək üçün Ermənistanda hakim siyasi qüvvənin hər bir yüksək rütbəli üzvü 25 min dram (təxminən 60 dollar) pul ödəyib.

Əvvəlki iki gün partiyadaxili məsələlər müzakirə olunub. Sabah bütün gün ziyafət olacaq.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
75
interpress.az

1Sources