EN

Türkiyə ordusu dörd gün ərzində 35 terrorçunu məhv edib

Türkiyə ordusu sentyabrın 2-dən 5-dək İraqın şimalında və Suriyada ümumilikdə 35 terrorçunu məhv edib.

Bu barədə Yeniazerbaycan.com-a Türkiyənin Milli Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirliyin məlumatına görə, İraqın Metina, Zap, Qara, Qəndil və Asos bölgələrində terrorçuların 20 hədəfinə endirilən aviazərbələr nəticəsində azı 27 silahlı öldürülüb. Suriyanın şimalında daha 8 terrorçu zərərsizləşdirilib.

Müdafiə Nazirliyi Suriyada terrorçuların nəzarətində olan zonanın yaradılmasının qarşısını almaqda qərarlı olduğunu vurğulayıb.

Ümumilikdə, ilin əvvəlindən Türkiyə Silahlı Qüvvələri bölgədə azı 1860 silahlını zərərsizləşdirib.

Chosen
130
50
yeniazerbaycan.com

10Sources