EN

Naxçıvanda 9 yaşlı uşağı "tok" vurub ÖLDÜRDÜ

Naxçıvanda 9 yaşlı uşağı elektrik cərəyanı vurub.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Babək rayonu, Zeynəddin kəndində baş verib.

Elektrik vurması nəticəsində kənd sakini, 2015-ci il təvəllüdlü Həsənov Tamerlan Musa vəfat edib.

Faktla bağlı Babək rayon prokurorluğunda araşdırma aparılır.

Məlumat Naxçıvan Muxtar Respublikası Prokurorluğunun mətbuat xidməti ilə dəqiqləşdirilib.

Chosen
116
8
redaktor.az

10Sources