EN

Vəfa Nağı və Şəhla Kərimin saxlanıldığı bildirilir

Yayımlandı: 6 Sentyabr 2024 20:45 Deputatlığa namizəd DSK önündə aksiya keçirirdi 70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Vəfa Nağı və jurnalist Şəhla Kərimin saxlanıldığı bildirilir. Baş vermiş seçki saxtakarlığına etiraz edən Vəfa Nağı DSK-nın önündə oturaq aksiya keçirirdi. Onun DSK qarşısında çadır qurduğu bildirilib. Onun Neftçala Polis Şöbəsinin İdarəsi tərəfindən saxlanıldığı deyilir. Neftçala Rayon Polis İdarəsi isə Vəfa Nağının yaxınlarına deyib ki, namizədi onlar saxlamayıblar. Foto: Şəhla Kərimin şəxsi arxivindən Hazırda deputatlığa namizədin harada və hansı qurum tərəfindən saxlanıldığı bəlli deyil. Qanunla parlamentin yeni tərkibi Konstutusiya Məhkəməsi tərəfindən təsdiqlənənə qədər deputatlığa namizədin toxunulmazlıq hüququ var. Ona görə də yaxınları bu aktı qanunsuz hesab edirlər. Daxili İşlər Nazirliyi bununla bağlı hər hansı açıqlama verməyib. Hakimiyyənyönlü media bir neçə gündür seçki ilə bağlı etirazları təxribat adlandırır, pozuntuların olmadığını, Vəfa Nağının xarici qüvvələrin təsiri altında hərəkət etdiyini yazır. Həmin saxtakarlıq faktlarını işıqlandıran müstəqil media orqanları da tənqid hədəfindədir. Meydan TV

Chosen
168
xural.com

1Sources