“İran Rusiyaya “bir neçə yüz” qısa mənzilli ballistik raket verib”. SİA xəbər verir ki, bunu “The Wall Street Journal” nəşri yazıb.
Bildirilib ki, silahlar artıq Rusiyaya çatıb. Həmçinin, qeyd olunur ki, Tehran Moskvaya mərmi tədarükünü davam etdirmək niyyətindədir. “İran Rusiyaya qısa mənzilli ballistik raketlər göndərərək, Moskvaya Ukraynaya qarşı müharibəsində istifadə etmək üçün daha bir güclü hərbi alət verib. Bu addım Qərbin Moskvaya bu silahları verməməsi ilə bağlı sərt xəbərdarlıqlarından sonra atılıb”, - nəşr yazıb.