Bakı, 7 sentyabr, AZƏRTAC
“Doğma Qarabağımıza, Şuşamıza qədəm qoyacağımız üçün çox sevincliyik”.
Bu sözləri AZƏRTAC-a müsahibəsində sentyabrın 7-də Şuşa şəhərinə köçən Aynur Abbasova söyləyib.
"Mən Şuşa şəhərində 1 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi fəaliyyət göstərəcəm. Bundan sonrakı fəaliyyətimizi orada davam etdirib şagirdlərimizə təhsil verəcəyik", - deyə A. Abbasova bildirib.
O, Prezident İlham Əliyevin siyasi iradəsi, "Dəmir yumruğu" və müzəffər Azərbaycan Ordusunun şücaəti, əzmi sayəsində torpaqlarımızın işğaldan azad olunduğunu deyib.