EN

"Fitch" Türkiyənin reytinqini yüksəldib

Beynəlxalq reytinq agentliyi "Fitch Ratings" Türkiyənin xarici valyutada uzunmüddətli kredit reytinqini "B+"dan "BB-"yə yüksəldib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum Türkiyə iqtisadiyyatı ilə bağlı qiymətləndirməsini açıqlayıb.

Agentlik ölkənin reytinq proqnozunu isə "stabil"ə dəyişib.

Açıqlamada müsbət real faiz dərəcələri, aşağı cari kəsir və valyuta ilə qorunan əmanətlərin tədricən azalmasının xarici buferlərdəki yaxşılaşmanın qalıcılığını dəstəkləyəcəyi və ehtiyatların 158 milyard dollara yüksəlməsinin gözlənildiyi ifadə edilib.

Açıqlamada, inflyasiyanın gələn ilin sonunda 21 faizə enəcəyi proqnozlaşdırılır.

Agentlik Türkiyə iqtisadiyyatının bu il 3,5 faiz, 2025-ci ildə isə 2,8 faiz böyüyəcəyini proqnozlaşdırır.

 

Gözəl Həşimova

Chosen
102
iqtisadiyyat.az

1Sources