Parisdə keçirilən Yay Paralimpiya Oyunları sürətlə davam edir.
Offsideplus.az xəbər verir ki, 100 metr məsafədə çempionluq qazanan paraatletimiz Lamiyə Vəliyeva (T13) bu gün 400 metr məsafədə yeni bir medal uğrunda mübarizə aparacaq.
Azərbaycanı təmsil edən daha beş idmançı da yarışlarda çıxış edəcək. Paraatlet Orxan Aslanov (T13) uzunluğa tullanmada medal qazanmağa çalışacaq.
Paracüdo yarışlarında Xatirə İsmiyeva (+70 kq, J1), Dürsədəf Kərimova (+70 kq, J2) və İlham Zəkiyev (+90 kq, J1) uğur axtarışında olacaqlar.
Paraüzgüçü Raman Saley (S12) 100 metr məsafədə kəpənək üsulu ilə üzərək növbəti medalını hədəfləyir.
Yarışlar paraatletika üzrə saat 12:00-da, cüdo üzrə 11:30-da, üzgüçülük üzrə isə 12:47-də başlayacaq.