EN

İran ballistik raketləri Rusiyaya ötürməsi ilə bağlı xəbərləri TƏKZİB ETDİ

İran İslam Respublikasının ballistik raketləri Rusiyaya ötürməsi ilə bağlı xəbərləri təkzib edib.

İnterpress.az xəbər verir ki, bu barədə İranın BMT-dəki missiyasının bəyanatında bildirilib.

“İranın Ukrayna münaqişəsi ilə bağlı mövqeyi dəyişməz olaraq qalır. İran münaqişədə iştirak edən tərəflərə hərbi yardım göstərməyi qeyri-insani hesab edir. Beləliklə, İranın özü nəinki bu cür aksiyalarda iştirak etməkdən çəkinir, həm də digər ölkələri münaqişədə iştirak edən tərəflərə silah tədarükünü dayandırmağa çağırır”, – bəyanatında deyilir.

Sentyabrın 6-da “The Wall Street Journal” qəzeti yazıb ki, İran artıq Rusiya Federasiyasına yaxın mənzilli ballistik raketlər təhvil verib.

Avqustun 10-da “Reuters” qeyd edib ki, Tehran Ukraynaya qarşı müharibədə istifadə etmək üçün Rusiyaya yüzlərlə Fath-360 ballistik raketləri verəcək.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
114
47
interpress.az

10Sources