EN

İranyönlü qrupun lideri: “Türkiyə qoşunlarını İraqdan çıxarmalıdır”

Türkiyə qoşunlarını İraqdan çıxarmalıdır.

İnterpress.az xəbər verir ki, Asaib Əhli-Haq əl-Xəzali Bağdadda Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi Günay və Türkiyənin bu ölkədəki yeni səfiri İnanla görüşüb.

Əl-Xəzali Türkiyə hərbi qüvvələrinin İraqdan tamamilə çıxarılmasının vacibliyini vurğulayıb. O, avqustun 15-də imzalanan İraq-Türkiyə memorandumuna qarşı olduğunu bəyan edib. Çünki bu, “iki ölkə arasında açıq məsələlərə radikal həll yolu təqdim etmir”.

“Biz etimad yaratmaq və İraqın suverenliyinə nail olmaq üçün mühüm addım kimi türk qoşunlarının çıxarılmasını müzakirə etmək üçün hərtərəfli yol xəritəsinin hazırlanmasına çağırırıq”, – deyə əl-Xəzali bildirib.

Qeyd edək ki, Asaib Əhli-Həq İraqda iranyönlü hərbi-siyasi təşkilatdır. Təşkilat maliyyələşdirilir və onun yaraqlıları İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Sepah-e-Qods” və “Hizbullah”ın xüsusi təyinatlıları tərəfindən hazırlanır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
117
interpress.az

1Sources