EN

Tehran Bakıya “yox” dedi, Moskva hərəkətə keçdi: Naxçıvan “silah”ı aktivləşir

“Zəngəzur dəhlizi ilə bağlı regional rəqabətin olması müsbətdir. İlk növbədə o baxımdan ki, “Dəhliz açılacaqmı?” sualının cavabı artıq hazırdır”.

Bunu Globalinfo.az-a politoloq Şəbnəm Həsənova Rusiya və İran arasında Zəngəzur dəhlizi ilə bağlı yaranan gərginliyi şərh edərkən deyib.

Onun sözlərinə görə, iki ölkənin bu məsələdə diplomatik gərginlik yaşadığı müşahidə olunur:

“Bu baxımdan hədəfimizə gedən yolda mənfi heç nə görmürəm. Əksinə, mövcud situasiya bizə əlavə üstünlüklər, daha dəqiq desək manevr şansları təqdim edir. Onu da unutmayaq ki, Azərbaycan bu amili ikitərəfli kontekstdə İranla həll etməyə çox cəhd göstərdi. Qərbin “patronajlığı” altında kommunikasiyaların gündəlikdən çıxdığı açıqlamasından sonra Rusiya lideri Vladimir Putinin Azərbaycana səfəri, daha sonra BRİKS-ə rəsmi müraciət çox mətləbə cavabdır. Lakin onu da unutmaq olmaz ki, Azərbaycan heç bir halda Qərblə münasibətləri də gərginləşdirmir. Daha dəqiq ifadə etsək, gərginlik ipləri Bakı tərəfindən dartılmır.

Qərb öz istəyinə nail olmadıqda Azərbaycanın daxili məsələlərinə müdaxilə etməyə əl atır. Bütün bu amillər fonunda belə cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında nəticəyə fokuslanan praqmatik siyasət yürüdülür. Elə bu məqamda onu da vurğulamaq yerinə düşər ki, xarici və daxili siyasət bir-birindən ayrı təsəvvür oluna bilməz. Belə ki, Naxçıvan “açılımı”nın, bir növ qapalı iqtisadiyyatdan açıq formaya keçidinin şahidiyik. Bu baxımdan, Qərbin də investorları bölgəyə cəlb olunmaqla həm ikitərəfli, həm də siyasi dividentlər əldə oluna bilər”.


Şəbnəm Həsənova

Politoloq deyib ki, Rusiya Qərbin təşəbbüsləri ələ almaq cəhdlərini görən kimi İranın mövqeyini arxa plana ataraq Azərbaycanla danışıqları üstün tutdu:

“Bu, İranı qıcıqlandırdı. Rusiyadan davamlı açıqlamalar da gəldi ki, bölgə ilə bağlı məsələlərdə Azərbaycanın mövqeyi nəzərə alınmalıdır. Yəni mesaj sadəcə Ermənistana yollanmırdı. Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Qərbi yaxın qoymamaq, İranla da dəqiqləşmə aparıb, beli bərk tutmaq üçün daha əvvəl Tehrana və ölkəmizə səfər reallaşdırdı. Şimal-Cənub dəhlizinin, kommunikasiyaların önəmindən danışan Putin müzakirə edilən məsələlərlə bağlı Ermənistanın Baş naziri Nikol Paşinyanı məlumatlandıracağını da dedi. Rusiyanın baş diplomatı Sergey Lavrovun açıqlamaları isə göstərdi ki, Paşinyan Qərbin əli ilə dirəniş sərgiləyir. Kommunikasiyalarla bağlı Rusiyanın Ermənistana diplomatik təzyiqi ya təsir etmir, ya belə görünür, ya da hələ ki, bu formada göstərilir. İrəvanın KTMT-dən çıxma söz-söhbətini, “tullanıb-düşülməsini” unutmayaq”.

Ş.Həsənova bildirib ki, qalan yol güc nümayişidir, bunu isə ən az Azərbaycan qədər İran da istəmir:

“Ümumiyyətlə, Azərbaycan ordu quruculuğu baxımından dəfələrlə üstün mövqedə olsa da, bütövlükdə sərt gücü ən olmaz məqama saxlayır. Bu istiqamətdə hərtərəfli diplomatik canlanma daha işlək vəziyyətdədir. Sözügedən məsələdə sərt güc amilinin istifadə olunacağını düşünmürəm. Lakin məsələnin Rusiyanın aktiv gündəliyinə keçməsi çox müsbətdir. Belə olduğu məqamda regional və qlobal rəqabət ağırlığı üst və alt qonşular arasında gedir. Bu rəqabətin düzgün tənzimlənməsi, bəzən də balanslaşdırılması da bizi nəticəyə aparacaq.

Naxçıvanla bağlı daxili siyasətə döndüyümüz zaman onu demək olar ki, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin ənənəvi zirehli formada deyil, yumşaq nəzarətini qarşıya qoymaqla Qərbə də iqtisadi fəaliyyət baxımından şərait yaratmaq olar. Bu amil Qərblə Azərbaycan arasında daha sərt mərhələyə keçmə riski olan siyasi gərginliyi də səngidəcək. İranın qəti etirazı dəf olunarsa, Rusiyanın da tam nəzarət istəyi balanslaşdırılacaq. Bölgənin iqtisadi fəaliyyətinin arealı regional aktorlarla məhdudlaşdırılmadan regional inteqrasiya açılacaq, hərtərəfli siyasi manevr arealı isə genişləndiriləcək”.

Chosen
84
50
turkustan.az

10Sources