EN

Bu gün saat 17:00: “Lançxuti” - “Neftçi”

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi qadınlardan ibarət “Neftçi” komandası bu gün I mərhələdə ikinci oyununa çıxacaq.
Komanda Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq Çempionlar yolunun II qrupunun 3-cü yer uğrunda görüşündə yerli “Lançxuti” klubu ilə qarşılaşacaq. Tskaltubo Texniki Mərkəzin stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşmanı belçikalı hakim idarə edəcək.
Qeyd edək ki, qrupun ilk oyunlarında “Neftçi” Avstriyanın “Sankt-Pölten” (0:5), “Lançxuti” isə Albaniyanın “Vlajniya” (0:3) klubuna məğlub olub.
 
7 sentyabr
 
“Lançxuti” (Gürcüstan) – “Neftçi” (Azərbaycan)
Tskaltubo Texniki Mərkəzin stadionu. Saat 17:00
Baş hakim: Caroline Lanssens (Belçika)
Baş hakimin köməkçiləri: Isabelle van Gilst (Niderland), Sanja Rodjak-Karšić (Xorvatiya)
Dördüncü hakim: Jelena Kumer (Xorvatiya)
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
53
3
affa.az

7Sources