EN

Sponsor klubda büdcə ayırmaqdan imtina etdi, federasiya “yük”ün altına girdi

Azərbaycanın "NTD-İndiqo" basketbol klubunun adı dəyişdirilib.

Komanda bu mövsümdən NTD adlandırılacaq və yenidən Bakını təmsil edəcək.

Həmçinin klubun yeni loqosu təqdim olunub. Baş məşqçi Tahir Baxşıyev komandadakı işini davam etdirəcək.

NTD öncə Xaçmazı təmsil edirdi. Ad dəyişikliyi sponsorun onlarla əməkdaşlığı dayandırmasıyla əlaqədardır. Sözügedən şirkət bu layihənin davam etdirilməsinə büdcə ayırmayıb.

Odur ki, Azərbaycan Basketbol Federasiyası (ABF) klubun yaşaması üçün növbəti addımı atmalı olub.

ABF yeni mövsüm üçün xərclərin bir hissəsini öz üzərinə götürüb. Həmçinin federasiya NTD-yə yeni himayədar axtarışına çıxıb.

SPORTİNFO.AZ

Chosen
74
sportinfo.az

1Sources