"Barselona" klubu müdafiəsini və yarımmüdafiəsini gücləndirmək niyyətindədir.
90deqiqe.Az-ın “Mundo Deportivo”ya istinadən məlumatına görə, Kataloniya təmsilçisi "Bayer Leverkuzen"in müdafiəçisi Conatan Ta və "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmixlə müqavilə imzalamağa hazırdır.
"Blauqrana" bu futbolçuları klublarla müqavilələri başa çatan 2025-ci ilin yayında almaq istəyir.
“Barselona”nın artıq niyyətini futboçuların agentlərinə bildirib.
Bu mövsüm Ta bütün turnirlərdə 4 qarşılaşmada iştirak edib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 30 milyon avrodur.
Kimmix bu mövsüm bütün yarışlarda 3 oyun keçirib. Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.