“Dəzgahqayırma Zavodu” ASC-nin səhmləri dövriyyədən çıxarılıb.
İqtisadiyyat.az xəbər verir ki, ASC-nin tərkibindən yenidən təşkilin ayrılma formasında “Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti adında yeni hüquqi şəxs yaradılıb.
Bununla əlaqədar “Dəzgahqayırma Zavodu” ASC-nin ümumilikdə hər biri 1 manat dəyərində 443 787 ədəd adi, adlı, sənədsiz səhmi ləğv edilərək dövriyyədən çıxarılıb.
“Dəzgahqayırma Zavodu” ASC yenidən təşkil olunub və “Seyhanlar Group 2024” Məhdud Məsuliyyətli Cəmiyyəti “Dəzgahqayırma Zavodu” ASC-nin hüquqi varisidir.
Qeyd edək ki, “Dəzgahqayırma Zavodu” 2005-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 489 714 manat, qanuni təmsilçisi Mehmet Ali Seyhandır.