Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində 5 maqnitudalı zəlzələ baş verib.
“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 200 km dərinlikdə yerləşib.
Zəlzələnin episentri rayonun inzibati mərkəzi Xoroq şəhərindən təxminən 40 km aralıda dağlıq ərazidə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.